İtkin düşən 23 yaşlı Ağstafa sakini tapılaraq ailəsinə təhvil verilib

İtkin düşən 23 yaşlı Ağstafa sakini tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Ağstafa rayon sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb.

O, ailəsinə təhvil verilib.

Qeyd edək ki, G.Salahova bu il mayın 5-də yaşadığı evdən çıxaraq, geri qayıtmamışdı.