Keçmiş futbolçu tıxacda dava salıb

Keçmiş futbolçu Sezer Öztürk tıxacda aləmi bir-birinə qatıb. “Sherg.az” “Haber Global”a istinadən xəbər verir ki, Öztürk və dostu onlara yol verilmədiyinə görə dava salıb. Silah və bıçaqların istifadə olunduğu davada bir nəfər həyatını itirib, dörd nəfər isə yaralanıb. 
Hadisə təhlükəsizlik kameralarına düşüb. 
Öztürkün vaxtı ilə “Beşiktaş” və “Fənərbaxça” komandalarının formasını geyindiyi bildirilir.
Kənan Novruzov