Azərbaycanın rayonlarında zəlzələ olub - YENİLƏNİB


Azərbaycanda zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:48-də Zaqatala rayonunda qeydə alınıb.

Zəlzələ 3,1 maqnitudada baş verib.

23:22

Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, yeraltı təkanlar təxminən saat 22-55 radələrində Zaqatala və Qax rayonunun kəndlərində hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb.