Sabiq şöbə müdiri vəfat etdi 

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin sabiq şöbə müdiri, jurnalist Nicat Nəsirli vəfat edib.

Oxu.Az xəbər verir ki, aqrar sahə üzrə ekspert uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Onun beynində bədxassəli şiş müəyyən olunub. Türkiyədə ağır cərrahi əməliyyat keçirən N.Nəsirli ötən gün dünyasını dəyişib.