Ağstafada qatarın vurması nəticəsində ölən kişinin kimliyi məlum olub - YENİLƏNİB

Ağstafada qatarın vurub öldürdüyü şəxsin kimliyi müəyyən olunub.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs Poylu kənd sakini, 1957-ci il təvəllüdlü Məmişov Camaldır.
Faktla bağlı araşdırma aparılır.

Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Hərəkətdə olan qatar ortayaşlı kişini vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.