Makrona yumurta atdılar - FOTO

Fransa prezidenti Emmanuel Makron Lionda keçirilən yarmarkanı ziyarət edərkən yumurta hücumuna məruz qalıb.
“Sherg.az” “Ntv.com”a istinadən bildirir ki, yumurta atan şəxs "Yaşasın inqilab" ifadəsini işlədib.

Həmin adam dərhal təhlükəsizlik qrupları tərəfindən nəzarətə alınıb. Hücumdan sonra açıqlama verən Makron bu sözləri deyib:

“Mənə söyləyəcək bir şeyi varsa, gəlsin. Daha sonra onu görməyə gedəcəyəm".
Qeyd edək ki, E.Makronun 1 Mart 2017 tarixində də prezidentliyə namizədliyi zamanı Paris Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində başına yumurta atılmışdı.

 

Yeganə Bayramova