Azərbaycanda kişi arvadını döyə-döyə öldürdü


Şamaxı şəhərində ailə münaqişəsi zəminində ölüm hadisəsi baş verib.

Oxu.Az-ın prokurorluq orqanlarından əldə etdiyi məlumata görə, Şamaxı sakini 36 yaşlı Şakir Cəfərov arvadı 32 yaşlı Səkinə Quliyevanı döyə-döyə qətlə yetirib.

Ş.Quliyev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb.