Baş Prokurorluq: Nərmin Quliyevanın qan qrupuna dair iddialar əsassızdır

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb.  Baş Prokurorluğun verdiyi məlumata görə istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilmiş və zəruri istintaq hərəkətləri keçirilib.
Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyildir. 
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!
 “Sherg.az“ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5  nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.