19 yaşlı gənc yaşadığı mənzili yandırdı - FOTO

Adanada sinirləri pozulan 19 yaşlı gənc yaşadıqları mənzili yandıraraq siqaret çəkmək üçün eyvana çıxıb. 
"Sherg.az" “onedio.com” a istinadən xəbər verir ki, hadisə Çukurova rayonu, Güzelyalı Məhəlləsi, Turqut Özal bulvarında yerləşən mənzildə baş verib. Əldə edilən məlumata görə, naməlum səbəbdən sinir krizi keçirən gənc ailəsi ilə birlikdə yaşadığı evi yandırıb. 

Evdən tüstü qalxdığını görən vətəndaşlar bu barədə polis və xilasetmə qruplarına məlumat veriblər. Yanğınsöndürənlər nərdivan vasitəsi ilə gənci xilas etməyə çalışıblar. Hadisə yerinə gələn xilasetmə qrupları gəncə onu xilas etmək üçün gəldiklərini bildiriblər. Lakin buna inanmayan gənc polis və yanğınsöndürənlərin üzərinə qazan-tava atıb. 

Bir müddət sonra ev tamamilə alova təslim olanda özünü eyvana atıb. Balkona çıxan gənc qışqıraraq siqaret yandırıb. 

Daha sonra alova məhəl qoymadan siqaretini çəkməyə başlayıb. Tüstüdən təsirləndikdən bir müddət sonra xilasedicilər onu nərdivan vasitəsi ilə xilas ediblər. 

O, ambulator müalicəsi başa çatdıqdan sonra nəzarətə alınaraq polis bölməsinə aparılıb.