Gəncədə gənc qadın zəhərlənib

Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 1998-ci il təvəllüdlü Ə.H-ova yaşadığı evdə səhvən içdiyi spirtdən zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ə.H-ovanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırmalara başlanılıb.