FHN-in xilasediciləri obyektin damından bir nəfərin meyitini düşürüblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli obyektin damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirlikdən Sherg.az-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlunun meyitini aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.