SON DƏQİQƏ ... Üzünü tanınmaz hala salan sevgilisini bağışladı və onunla evləndi - FOTOLAR

Türkiyənin Hatay bölgəsinin İskendurun qəsəbəsində Berfin Özek (21), 2 il əvvəl üzünə kimyəvi maddə atan keçmiş sevgilisi Casim Ozan Çeltik (23) ilə evlənib. Shetg.az türk mediasına istinadən xəbər verir ki, Berfin Özekin şikayətindən imtina edərək Casim Ozan Çeltiklə nikaha girdiyi fotolar sosial mediada  paylaşılıb.

2019-cu ilin 15 yanvarında dərsxanadan çıxıb evinə gedən Berfin Özek, bir müddət əvvəl ayrıldığı sevgilisi Casim Ozan Çeltikin kimyəvi maddə hücumuna məruz qalıb. Üzündə yanıqlar əmələ gələn Özek, müalicəsindən sonra xəstəxanadan evə buraxılıb. Ancaq gənc qızın üzündə ağır yanıq izləri qalıb. Sağ gözü tamamilə görmə qabiliyyəini itirib. Özekin göz qapaqları və dodağı estetik əməliyyat olunub.





















Hadisədən sonra həbs olunan Çeltik, "qəsdən yaralama" ittihamı ilə mühakimə olunaraq 13 il 6 ay həbs cəzasına məhkum edilib. 2020-ci ilin aprel ayında məhkəməyə ərizə verərək Casim Ozan Çeltik haqqındakı şikayətini geri götürən Özek, daha sonra verdiyi qərardan peşman olduğunu ifadə edərək, o zamanlar böyük bir psixoloji sarsıntılar içərisində olduğunu qeyd edib.

Casim Ozan Çeltik yenidən məhkəməyə çıxarılıb. Berfin Özek ilə barışan Casim Ozan Çeltik onunla evlənməyə qərar verib. Berfin Özek,  üzünü tanınmaz hala gətirən sevgilisi Casim Ozan Çeltik ilə dünən evlənib. Berfin Özekin evliliyi ictimai mediada gündəm olub.





















Turan