İmişlidə ana və oğlu yol qəzasında xəsarət alıb

İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Sara Meyxaş qızı və onun övladı, Məmmədov Oktay Vaqif oğlu xəsarət alıblar.

Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı ana və övladına sol qolun sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.