Azərbaycanda vətəndaş itləri güllələdi - FOTO/VİDEO

Bərdə rayonunda vətəndaş itləri güllələyib. 
Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Bildirilib ki, hadisə rayonun 866-cı qəsəbəsində baş verib. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, həmin hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayonunda məskunlaşmış İxtiyar Qurbanov saxlanılaraq Rayon Polis Şöbəsinə götürülüb:
“Hadisəni törədərkən istifadə etdiyi tir tüfəngi də ondan maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı Təhqiqat Bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.