Masallı sakini özünü güllələdi

Masallıda kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinə dekabrın 17-də Qarğalıq kəndində yaşayan B.Ağamalıyevin evində ov tüfəngindən açdığı atəşlə özünü yaralaması barədə məlumat daxil olub. 
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerindən müvafiq sənədləri olmayan İJ-58 markalı ov tüfəngi götürülüb.

B.Ağamalıyev xəstəxanaya yerləşdirilib.