Türkiyədə kömür mədənində partlayış baş verib

Türkiyənin İzmir vilayətində kömür mədənində partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə vilayətin Kınık bölgəsində meydana gəlib.

İlkin məlumata əsasən, partlayış baş verən zaman mədəndə 50-yə yaxın işçi olub, onlardan bəzilərində zəhərlənmə halları baş verib.

Hadisə bölgəsinə İzmir və Manisa vilayətlərindən təcili tibbi yardım briqadaları cəlb olunub.