Türkiyəli nazir: mədən qəzasında 22 nəfər xəsarət alıb

Türkiyənin İzmir vilayətində kömür mədənində baş verən partlayışda 22 işçi müxtəlif dərəcəli yüngül xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz qəza yerindəki vəziyyət barədə məlumatında bildirib. Nazirin sözlərinə görə yaralılar xəstəxanalara yerləşdirilib.

Rəsmi məlumata əsasən, qəza Kınık bölgəsində meydana gələn partlayış nəticəsində baş verib. Həmin vaxt mədəndə 50-yə yaxın işçi olub.

Qəza bölgəsinə İzmir və Manisa vilayətlərindən təcili tibbi yardım briqadaları cəlb olunub.