Gəncədə gənc qız dərmandan zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü A.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 20 yaşlı qız epilepsiya xəstəliyinə qarşı qəbul etdiyi dərmandan zəhərlənib.