Ağstafada avtomobillər toqquşub, xəsarət alanlar var

Ağstafa şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, iki minik avtomobili toqquşub. Hadisə nəticəsində Ağstafa rayon sakinləri - 1996-cı il təvəllüdlü Ə.Bayramlı və 1967-ci il təvəllüdlü E.Xalafov xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıb və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.