BDU-nun şöbə müdiri vəfat etdi

Bakı Dövlət Universitetinin dosenti vəfat edib.
Bu barədə Oxu.Az-a Universitetdən məlumat verilib.
Belə ki, Universitetin Tədris prosesinin təşkili şöbəsinin müdiri dosent Adil Xasayev bu gün dünyasını dəyişib.
Xatırladaq ki, ki, 76 yaşlı A.Xasayev 1968-1970-ci illər mərkəzi geoloji-kəşfiyyat Elmi Tədqiqat İnstitutunun Bakı laboratoriyasında kiçik elmi işçisi kimi çalışıb.
Eləcə də 1970-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasının əyani aspirantı olub, sonralar dosenti kimi fəaliyyət göstərib. “Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası” fənnini tədris edib. 1992-2016-cı illərdə Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb. 150-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.