Ağamirzə:“Hamı zəng edir ki, Rəşad azadlığa çıxıb..."

Sosial şəbəkələrdə meyxanaçı Ağamirzə Məmmədovun videosu gündəm olub. Belə ki, onun sözügedən görüntülərdə həbsdə olan meyxanaçı Rəşad Dağlının azadlığa buraxıldığını dediyi iddia olunub.
Məsələ ilə bağlı “Sherg.az”a danışan söz ustası deyib ki, həmin video iki il bundan əvvəl iş adamı Mübariz Mənsimov azadlığa buraxılanda çəkilib:

İki il yarım bundan əvvəl bir video paylaşmışdım. Mübariz Mənsimov azadlığa buraxılanda çəkmişdim. Onda hamımız dua edirdik, Türkiyədən xəbər gəldi ki, qardaşımız azadlıqdadır. Mən də sevincimdən belə bir video çəkdim ki, şükür, qardaşımız azadlıqdadır.

İndi həmin videoda Mübariz adını kəsiblər, üstünə Rəşad yazıblar. Ailəsi də bu videonu nəzərdə tuturdu. Bütün aləm zəng edir ki, Rəşad azadlığa çıxıb, çox şükür. Mən orada Rəşadın adını çəkməmişəm. Mübarizin adını kəsiblər”.

Qeyd edək ki, ötən gün R. Dağlının ailəsi açıqlama yayaraq bu xəbərin şayiə olduğunu bildirmişdi.