“Rəşad dedi ki, bıçağı götürüb məni vurmaq istəyirdi”

“Xalq Rəşadı sevir. Bu hadisə olmamalı idi. Rəşad sənətkardır. Mən bu adamın bıçaq gəzirdiyini görməmişəm”.

Bu sözləri “Sherg.az” açıqlamasında həbsdə olan meyxanaçı Rəşad Dağlının dostu Ataş Hüseyn deyib.
O söz ustadının törətdiyi qətl hadisəsi ilə bağlı bunlarü söyləyib:
“Adətən yola vermək lazımdır. Görüşüblər, hansısa söhbəti aydınlaşdırmaq istəyiblər, belə bir hadisə baş verib. Rəşad çıxışında da dedi ki, o bıçağı götürüb məni vurmaq istədi, əlindən alıb necə vurmuşam, özüm də bilmirəm. Mən inanıram ki, hadisə belə olub. Rəşad elə adam idi ki, haradasa oturub deyib gülürdük. Qonaqlıqda quzu kəsəndə deyirdi ki, yazıqdır etməyin. Ürəyi yumşaq adamdır. Belə şey olmamalı idi. Heç kəs sığortalanmayıb. İkisi olub, bilmirik ki, nələr danışıblar".

A. Hüseyn həmçinin bir vaxt Rəşadın həmkarı Rüfət Nasosnunu bıçaqlama xəbərlərindən də danışıb: 

“Boş şeylərdir. Adam meyxana sənətinə rəhbərlik edirdi. Ona görə də hər bir işdə rəqiblər var. Gözü götürməyənlər olur. Ömür boyu belədir. Hər sahədə rəqiblər var. Adicə bina tikən ustanın da rəqibi olur. Hamı istəyir ki, birinci olsun. Rəşad da birinci idi. Bu gün o meyxanada yoxdur, bu sənətin dadı qalmayıb. Bu da hərlənib-fırlanıb başında çatladı”.

Qeyd edək ki, Rəşad tanışı İskəndər Mehtiyevi qətlə yetirib.