Blogerin düşdüyü yol qəzasında ölən şəxsin kimliyi məlum olub 

Nikosayağı kimi tanınan bloger Nicat Şakirlinin düşdüyü qəza zamanı ölən şəxsin adı açıqlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində ölən şəxsin 37 yaşlı Ruslan Məmmədov olduğu müəyyənləşib.

Məlumata görə, qəza nəticəsində onun artıq həkiməqədər ölümü qeydə alınıb.