Lənkəranda 30 yaşlı kişi bıçaqlanıb

Lənkəran rayon sakini bıçaqlanıb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayon Şilavar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Əlihəsən oğlu Əlizadə döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran rayon mərkəzi xəstəxanasının Acil şöbəsinə daxil olub. Hadisənin hansı zəmində baş verməsi dəqiqləşdirilir.