Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd dolab yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.