Beyləqanda kanalda meyit tapılıb - YENİLƏNİB

Avqustun 18-də Yuxarı Qarabağ kanalının Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisindən keçən hissəsində suyun üzündə aşkarlanan naməlum kişi meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

13.24

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisindən keçən hissəsində suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri çağırış üzrə cəlb olunublar.

Əlavə məlumat veriləcək.