Sabirabadda avtomobil piyadanı vurub

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.
“Hyundai” markalı avtomobil yolu keçən Qaragüney kənd sakini, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Heybət oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.