7 körpəni öldürməkdə ittiham olunan tibb bacısına hökm çıxarılıb

 2015-2016-cı illərdə İngiltərədə 7 körpəni öldürməkdə və 10 körpəni öldürməyə cəhddə ittiham olunan tibb bacısı barəsində hökm elan edilib.

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, 33 yaşlı tibb bacısı Lucy Letby 2015-2016-cı illər arasında Chester xəstəxanasında  7 körpəni öldürməkdə təqsirli sayılır.

Bildirilir ki,  tibb bacısı  körpələrə hava yeridərək, zorla süd verərək və insulinlə zəhərləyərək öldürüb.

Tibb bacısının evindən "Mən pisəm", "Onları qəsdən öldürdüm, çünki  yaxşı deyildim" yazılı qeydlər çıxıb.