Diyarbəkirin Kayapınar rayonunda psixoloji problemləri olduğu bildirilən H.M. spirtli içki qəbul etdikdən sonra anasına qarşı zorakılıq tətbiq edərək onu girov götürüb. Evdəki əşyaları eyvandan atan H.M. polislər tərəfindən uzun danışıqlardan sonra nəzarətə götürülüb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, balkona çıxaraq qışqırmağa başlayan H.M. küçəyə televizor, velosiped, un kisəsi, paltar asılacaq kimi əşyaları atıb.
Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. H.M. polislə anlaşaraq təslim olub.
Ananın səhhətinin yaxşı olduğu bildirilir. Saxlanılan H.M. ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.