Türkiyənin Ərzurum şəhərində zibil qabında yeni doğulmuş körpənin cansız cəsədi tapılıb. Körpəni tərk edən şəxs və ya şəxslərin tutulması üçün araşdırmalara başlanılıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ərzurumda polis qrupları Adnan Menderes rayonundan gələn xəbərlə hərəkətə keçib.
Bildirişdə Piri Əli Baba məscidi ilə üzbəüz zibil qabında körpənin olduğu qeyd edilib.
Hadisə yerinə gedən qruplar zibildəki körpənin öldüyünü müəyyən ediblər.
Körpənin cansız bədəni hadisə yerinin araşdırmasından sonra morqa aparılıb.
Körpənin zibilikdə qalmadan əvvəl, yoxsa sonra öldüyü Məhkəmə Tibb İdarəsində aparılan müayinədən sonra bəlli olacaq.
Hadisə ilə bağlı istintaq davam edir.