Qəbələdə iki maşın toqquşub, ölən var

Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, Seymur Zamanovun idarə etdiyi VAZ-2107 və Əmrah Qasımovun idarə etdiyi QAZ-53 markall avtomobillər toqquşub.

Nəticədə VAZ-ın sürücüsü xəsarət alıb. Sərnişini Yevlax rayon sakini Fərman Səfərov aldığı xəsarətlərdən ölüb.

Məlumatı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan təsdiq ediblər və bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.