Fıstıq deposunda  iyrənc mənzərə! Əvvəlcə üzdü, sonra tüpürdü


“Yaşıl qızıl” kimi tanınan və 330 lirədən başlayaraq  satılan Siirt fıstıqlarının saxlandığı yerə naməlum şəxs daxil olub. Sherg.az türk mediasına istinadən xəbər verir ki, bacadan axan fıstıqların arasına girən şəxs daha sonra ayırdığı qabıqlar qarışıq fıstıqların üzərinə tüpürüb.

Həmin anlar mobil telefonun kamerasında əks olunub, iyrən şəxs reaksiyalardan sonra paylaşdığı görüntüləri silib.

Sosial media hesabını da bağlayan şəxsin tapılması üçün araşdırmalara başlanılıb.