İstanbulun Beşiktaş şəhərində 11 mərtəbəli binanın sökülməsi zamanı Böyükdəre küçəsinə dağıntılar düşüb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 11.30 radələrində Levent Büyükdere küçəsində baş verib. Əldə edilən məlumata görə, 11 mərtəbəli bina iş maşını ilə sökülərkən, qarşıdakı divardan qopan dağıntı parçaları səkiyə və küçəyə düşüb.
Bu zaman Sarıyerə doğru hərəkət edən 3 avtomobil daş parçaları ilə zədələnib. Daş parçalarından biri içərisində iki nəfərin olduğu maşının pəncərəsinə daxil olub.
Sərnişin oturacağında olan qadın yüngül xəsarətlər alıb. Yaralıya təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Polis ərazidə təhlükəsizlik tədbirləri görərkən, digər nəqliyyat vasitələrinin zədələnməsinin qarşısını almaq üçün hərəkət zolaqdan ayrılıb.
Hadisə ilə əlaqədar Beşiktaşdan Leventə gedən yolda sıxlıq yaranıb.