Sosial medianı bir-birinə qatdı: 2 saat xilaskarını gözlədi

Elektrik dirəyində çıxılmaz vəziyyətdə qalan pişik qaçmaq üçün dramatik sıçrayış etməyi seçib. Ətrafdakılar tərəfindən kameraya düşən hadisə sosial şəbəkədə izləyici yağışına tutulub.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 3 yaşlı narıncı pişik Coco bazar ertəsi Kanadanın Dildo ştatında evindən qaçıb.

Sürətlə  elektrik dirəyinə dırmaşan Coco iki saat orda gözləməli olub.

Sahibi Elis Ridin dediyinə görə, onu xilas etməyə gələn yardım işçiləri əraziyə çatana qədər o, dirəkdə miyavlayaraq gözləyib.

Ev pişiyi olan Coco küçələrdə yaşamağa öyrəşməmişdi. Buna əsaslanaraq sahibi Rid daha əvvəl heç vaxt dirəyə çıxmadığını və ehtimal olaraq itin onu təqib etdiyini bildirib.

Ridin sosial mediada paylaşdığı videoda dəbilqəli və uniformalı bir yardım işçisinin qorxmuş miyavlayan pişiyə doğru dirəyə dırmaşdığı görünür.