Qartal dron ovladı! Həmin anlar kameraya düşdü

Türkiyənin Artvin bölgəsində səmada uçan qartal hücuma keçərək dronu yere salıb. Qartal tərəfindən pərvanəsi dağıdılan dron hündürlüyünü itirərək yerə çırpılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Artvin-Ərzurum magistralında sürüşmək təhlükəsi ilə üzləşən tunelin şəklini çəkmək istəyən İhlas Xəbər Agentliyinin (İHA) Artvin müxbirinin pilotsuz uçan aparatına qartal hücum edib. Öz ərazisindəki heç bir canlı məxluqun və ya uçan cihazın sağ qalmasına imkan verməyən qartal pəncələri ilə dronun pərvanələrini zədələyib. Aparat hündürlükdə hərəkətini itirərək yerə çırpılıb. Dron zədələnsədə qartalın hücumu saniyə və  saniyə pilotsuz aparatın kamerasına əks olunub.