Bakıda iki qardaşın dəm qazından ölməsi ilə bağlı araşdırma aparılır

Bakıda iki qardaşın dəm qazından boğularaq ölməsi ilə bağlı araşdırma aparılır.
Hadisə Nərimanov rayonunda, PYİA38/10 ünvanında qeydə alınıb.
Həmin evdə kirayə yaşayan, Əli və Sərxan Həsənov qardaşlarının meyiti tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.
Məlumata görə, qardaşlardan yanvarın 25-dən xəbər olmayıb. Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar. Onlar iki qarsaşın meyitlərini aşkar ediblər.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.