Xalq artistinin Qarabağ veteranı olan qardaşı vəfat etdi

Xalq artisti Nəzakət Teymurovaya ağır itki üz verib.
Sherg.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Xalq artistinin 57 yaşlı qardaşı dünyasını dəyişib.
Məlumatda deyilir ki, mərhum Qarabağ qazisi olub və I Qarabağ müharibəsində iştirak edib.
Nəzakət Teymurova Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. Xanəndə bildirib ki, qardaşı onkoloji xəstəlikdən əziyyət çəkirmiş:
“Qardaşım ailəli idi. 57 yaş nədir ki.. Çox əziyyətlər çəkdi”.