Sumqayıtda evdən kişi meyiti tapılıb

Sumqayıtda mənzildən 61 yaşlı kişi meyiti tapılıb.
APA xəbər verir ki, hadisə “Qurd dərəsi “ bağlar massivində qeydə alınıb.
1961-ci il təvəllüdlü Qiyaz Dilqəm oğlu Bünyatovun yaşadığı evdə meyiti tapılıb. Onun ürək tutmasından öldüyü ehtimal edilir.
Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.