Füzilidə 3 otaqlı ev yanıb

Füzuli rayonunun Horadiz şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.