Maşının şini partladı, beton dirəyə dəydi: qadın öldü

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Xaçmaz rayonu, Gülalan kənd sakini, 1986-cı il təvəllüdlü Aydın İsmayılovun idarə etdiyi VAZ-2104 minik markalı avtomobili hərəkətdə olarkən sol arxa şini partlayıb.

Nəticədə avtomobil yolun sol hissəsində olan beton dirəyə dəyərək aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin 1968-ci il təvəllüdlü Laləzər İsgəndər qızı Əzizova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.