Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Sumqayıt şəhərində mənzildən 1961-ci il təvəllüdlü Mustafayeva Tatyana Vasilyevnanın meyiti tapılıb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə 12-ci mikrorayon ərazisində qeydə alınıb.
Onun 2 gün öncə mənzildə vəfat etdiyi bildirilib.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aşkar olunan meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.