Zabratda şagirdin döyülməsi ilə bağlı məsələ araşdırılır - DİN

Bakıda məktəblinin döyülməsi ilə bağlı məsələ araşdırılır.

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Qeyd olunub ki, hadisə ilə bağlı Sabunçu Rayon 15-ci Polis Bölməsinə bu gün məlumat daxil olub.

"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə bildirilib.

Qeyd edək ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində 8-ci sinif şagirdinin 7 nəfər yeniyetmə tərəfindən döyüldüyü barədə məlumat yayılıb.