Sumqayıt sakini arvadını bıçaqlayıb

Sumqayıtda bıçaqlanma hadisəsi olub.
APA xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonu ərazisində qeydə alınıb.
Sumqayıt şəhər sakini 1982-ci il təvəllüdlü Abdullayev Vaqif Ağasəf oğlunun aralarında baş vermiş münaqişə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Abdullayeva Könül Ələsən qızına bıçaqla xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.