Sabirabadda kənd tibb məntəqəsində yanğın olub

Sabirabad rayonunun Bala Həşimxanlı kəndində yanğın olub.
FHN xəbər verir ki, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb.
Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.