Bakıda hərbçilər qəzaya düşdü: yaralı var


Bakının Suraxanı rayonunda hərbçilərin olduğu minik avtomobili qəzaya uğrayıb.

Sherg.az bildirir ki, bu barədə məlumat baku.vs-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə Yeni Suraxanı adlanan ərazidə qeydə alınıb.

Qəza zamanı maşın işıq dirəyinə çırpılıb.

Nəticədə 1-i ağır olmaqla 2 nəfər xəsarət alıb.