Bakıda avtomobil yanıb

Bakıda avtomobil yanıb.
"Report"un məlumatına görə, hadisə Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb.
Belə ki, "Chehvrolet Cruze" markalı avtomobilin yanar hissələri yanıb.
Hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.