Bakıda 11 yaşlı qız dəm qazından boğularaq ölüb

Bakıda 11 yaşlı qız dəm qazından boğularaq ölüb.
APA xəbər verir ki, Xəzər rayonu Binə Südçülük savxozunda 2013-cü il təvəllüdlü Mədinə İsmayılova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, Quba rayonu Xaltan kəndində yaşayan Sədaqət Ramazanova da dəm qazından boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.