Hacıqabulda itkin düşən qadınının yeri məlum olub

Hacıqabulda itkin kimi axtarılan qadınının yeri məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ailəsi tərəfindən yanvarı 13-dən itkin düşdüyü qeyd edilən Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Soltanova Aygül Əzizağa qızının Bakı şəhərində olduğu qeyd edilib. Ailəsinə məlum olub ki, Aygül Soltanova boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Bu barədə onun həyat yoldaşı APA-nın Mil-Muğan bürosuna bildirib. Onlar bu barədə polisi də məlumatlandırıb.