Balakəndə dördotaqlı ev yandı

Balakəndə yaşayış evi yanıb.
“Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Qazma kəndində, kənd sakini 1957-ci il təvəllüdlü Səlihət İbey qızı Yüzbaşiyeva məxsus evdə baş verib.
Hadisə yerinə Balakən Yanğından Mühafizə Hissələrinin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli, dördotaqlı yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.