Qubada avtomobil qadını vuraraq öldürüb

Qubada avtomobil qadını vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Xarovşa kəndində qeydə alınıb.
1952-ci il təvəllüdlü Ağarza Məmmədov sürücülük hüququ olmadan idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Zahidə Həsənovanı vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.